Bank Of Baku

“Vəkil Məsləhətləri Toplusu” kitabının təqdimatı keçirilib

“Vəkil Məsləhətləri Toplusu” kitabının təqdimatı keçirilib
# 10 iyul 2012 10:53 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. “Azərbaycan” qəzeti və “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İctimai Birliyinin təşəbbüsü ilə “Vəkil Məsləhətləri Toplusu” kitabının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, kitabın nəşr olunmasında məqsəd əhalinin hüquqi maariflənməsinin artırılması, məhkəmələr və digər dövlət orqanlarına çıxış imkanlarının asanlaşdırılması və müxtəlif vəziyyətlərdə hansı hüquqa uyğun davranışdan yararlanmaq yollarını göstərməkdir.

Tədbirdə çıxış edən “Azərbaycan” qəzetinin baş redaktoru, Mili Məclisin deputatı Bəxtiyar Sadıqov nəşrin Azərbaycanda insan hüquqlarının səmərəli təmin edilməsi baxımından əhəmiyyətindən danışıb.

Sonra Azərbaycan Hüquq İslahatları Mərkəzinin sədri, Hakimlərin Seçki Komitəsinin üzvü Anar Bağırov çıxış edərək indiki dövrdə insanların hüquqi maariflənməsinin əhəmiyyətli olduğunu, onların daim inkİşaf edən hüquq münasibətləri ilə uyğunlaşmasının vacibliyini diqqətə çatdırıb.

Qeyd edək ki, nəşrin məzmunu sual-cavab formasındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR