Bank Of Baku

AMEA-da “Mirzə Fətəli Axundzadə və Azərbaycan mədəniyyəti” mövzusunda elmi seminar keçirilib

AMEA-da “Mirzə Fətəli Axundzadə və Azərbaycan mədəniyyəti” mövzusunda elmi seminar keçirilib
# 10 iyul 2012 11:24 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda milli dramaturgiyanın banisi Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinə həsr edilmiş “Mirzə Fətəli Axundzadə və Azərbaycan mədəniyyəti” mövzusunda elmi seminar keçirilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə görkəmli sənətkarın həyat və yaradıcılığından, onun Azərbaycan dramaturgiyasının inkişafındakı rolundan danışılıb.

Seminarda “Mirzə Fətəli Axundzadə irsinə konseptual yanaşma”, “Mirzə Fətəli Axundzadə və əlifba islahatı”, “Mirzə Fətəli Axundzadənin İslama münasibəti və müasirlik”, “Mirzə Fətəli Axundzadə və yeni dövr Azərbaycan fəlsəfəsi”, “Mirzə Fətəli Axundzadə irsinin Avropada öyrənilməsi” haqqında məruzələr dinlənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR