Bank Of Baku

Çin hökuməti məmurlara dəbdəbəli həyatı qadağan edib

Çin hökuməti məmurlara dəbdəbəli həyatı qadağan edib
# 10 iyul 2012 14:12 (UTC +04:00)
Bakı – APA-Economics. Çin hökuməti dövlət təşkilatlarına büdcə vəsaitlərini dəbdəbəli əşyalara, bahalı xarici səfərlərə və təntənəli qəbullara sərf etməyi qadağan edib.

APA-Economics”in “Bloomberg”ə istinadən xəbərinə görə, buna səbəb əhalinin sözügedən məsrəflərə kəskin etirazı və bunu korrupsiya üsullarından biri kimi dəyərləndirməsidir.

Qadağalar yüksək rütbəli partiya xadimlərinin iştirakı ilə baş verən qalmaqallardan sonra tətbiq olunub. Təkcə 2004-cü ildə Çin məmurlarının nəqliyyat xərcləri 408,5 mlrd. yuan (64 mlrd. dollara yaxın), dövlət hesabına qidalanma xərcləri 200 mlrd. yuan (32 mlrd. dollar), xarici ezamiyyət xərcləri isə 300 mlrd. yuan (48 mlrd. dollar) təşkil edib. Müqayisə üçün qeyd edək ki, Yantszı əyalətində “Üç dərə” hidroelektrik stansiyasının tikintisi 200 mlrd. yuana (32 mlrd. dollara) başa gəlib.

Hökumət məhdudlaşdırıcı tədbirləri Çin Xalq Respublikasının qurucusu Mao Tszedunun kommunistlərə xitabən söylədiyi “Təvazökar olun və sadə həyat yaşayın!” ifadəsi ilə əsaslandırır. Qadağalar oktyabrın 1-dən qüvvəyə minəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR