Bank Of Baku

Müəllif Hüquqları Agentliyi “pirat” məhsullara görə nəzərdə tutulan cərimələrin artırılmasını təklif edib

Müəllif Hüquqları Agentliyi “pirat” məhsullara görə nəzərdə tutulan cərimələrin artırılmasını təklif edib
# 10 iyul 2012 15:03 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Yeni qəbul olunan “Əqli mülkiyyət hüquqlarının müdafiəsi və piratçılıqla mübarizə haqqında” qanun Azərbaycandakı müəllif hüquq obyektlərinin dəqiq sayını aşkar etməyə və reyestrini aparmağa imkan verəvcək. Bunu APA-ya açıqlamasında Müəllif Hüquqları Agentliyinin (MHA) hüquq şöbəsinin müdiri Xudayat Həsənli deyib. O bildirib ki, qanun 3 ay sonra qüvvəyə minəcək: “Qanunda “piratçılığın” qarşısının alınması üçün bir sıra müddəalar nəzərdə tutulur. Bu müddəaların icrasını təmin eləmək üçün normativ hüquqi aktların üzərində iş aparılır. Müəllif hüququ və əlaqəli hüquq obyektlərinin maddi daşıyıcılarda olan nüsxələrinin üzərinə nəzarət markaları yapışdırılacaq. Beləliklə də, “pirat” nüsxələrin qarşısı alınacaq və müəllif hüquqları təmin olunacaq. O vaxta qədər bir sıra prosedurlar həyata keçirilməlidir. Bütün istehsalçılar, naşirlər, fonoqram istehsalçıları qanunla bağlı məlumatlandırılacaq. Eyni zamanda nəzarət markalarının hazırlanması, istehsalı, yapışdırılması üçün kadrların məlumatlandırılmasından ötrü normativ hüquqi aktlar hazırlanmalıdır. Ümumiyyətlə, müəlliflik hüququ və əlaqəli hüquq obyektlərinin bütün istehsalçıları ilə iş aparılmalıdır”.

X. Həsənli deyib ki, MHA “pirat” məhsullara görə İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulan cərimə sanksiyalarının sərtləşdirllməsi ilə bağlı da təkliflər verib. Hazırda bu təkliflərə baxılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR