Bank Of Baku

Azərbaycan və ABŞ arasında Gənc liderlər mübadilə proqramına başlanır

Azərbaycan və ABŞ arasında Gənc liderlər mübadilə proqramına başlanır
# 10 iyul 2012 16:03 (UTC +04:00)
APA-nın xəbərinə görə, mərasimdə proqram çərçivəsində 16 nəfər ABŞ məktəblisi və 3 müəllimin Azərbaycana gəldiyi açıqlanıb. Sentyabrda isə 34 nəfər azərbaycanlı məktəbli və 6 orta məktəb müəllimi ABŞ-a səfər edəcək.

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq jurnalistlərə açıqlamasında bu yeni proqramın Azərbaycanla ABŞ arasında daha bir körpü rolunu oynayacağını deyib. O, Azərbaycana gələn ABŞ məktəblilərinin və müəllimlərin Azərbaycan ailələrində qalacaqlarını, ölkə mədəniyyəti ilə tanış olacaqlarını deyib.

Qeyd olunub ki, ABŞ məktəbliləri və müəllimlər Feniks, Arizona, Sietl, Vaşinqtondandırlar. Onlar 3 həftə Bakıda və Gəncədə olacaqlar.

Azərbaycan məktəbliləri və müəllimləri isə Arizona və Vaşinqtona səfər edəcəklər.

GLP-nin məqsədi iştirakçılar arasında mədəniyyət mübadiləsi aparmaq, liderlik vərdişlərini təbliğ etmək, icmalar üçün layihələrin planlaşdırılması və həyata keçirilməsinin ən yaxşı nümunələrini öyrətməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR