Bank Of Baku

Dünya Bankı Belarus hökumətini işsizlik göstəricilərini azaltmaqda ittiham edib

Dünya Bankı Belarus hökumətini işsizlik göstəricilərini azaltmaqda ittiham edib
# 11 iyul 2012 08:14 (UTC +04:00)
Bakı – APA-Economics. Belarusda faktiki işsizlik səviyyəsi rəsmi statistikanı 7 dəfə üstələyir. “APA-Economics”in “İnterfax”a istinadən xəbərinə görə, bu açıqlama ilə Dünya Bankının ekspertləri çıxış ediblər.

Onlar bildiriblər ki, işə düzəlmək üçün müraciət edən iqtisadi fəal əhalinin xüsusi çəkisi 7% təşkil etsə də, rəsmi statistika ölkədə cəmi 0,8% işsizlik olduğunu bəyan edib.

Dünya Bankının qiymətləndirməsinə görə, əmək qabiliyyətli əhalinin 1/5-i iqtisadi baxımdan fəal deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR