Bank Of Baku

Yağışlarla əlaqədar Azərbaycanın bəzi çaylarında suyun səviyyəsi artıb

Yağışlarla əlaqədar Azərbaycanın bəzi çaylarında suyun səviyyəsi artıb
# 11 iyul 2012 10:45 (UTC +04:00)
Bu artım Kür çayının aşağı axınında da suyun səviyyəsinə təsir edib, nəticədə çayın həmin hissəsində suyun səviyyəsi yüksəlib. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib. Onun sözlərinə görə, yağan yağışlarla əlaqədar Kürün Zərdab rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsində 37, Kürün aşağı axınında, Surra məntəqəsində 33, Şirvanda isə 21 santimetr artım qeydə alınıb: “Dünən axşam və bu gün səhər ən çox yağış Azərbaycanın qərb bölgəsində qeydə alınıb. Göyçay çayında və Türyançayda suyun səviyyəsi artıb. Qarasu çayı həmin çayların birləşməsindən əmələ gəlir və Kürə tökülür. Qarasu çayında suyun səviyyəsinin artması Kür çayının aşağı axınına təsir etsə də, bu, Kür üçün təhlükəli deyil. Çünki hazırda ümumiyyətlə, Kürdə suyun səviyyəsi aşağıdır”.

Azərbaycanın heç bir çayında daşqın və sellərin müşahidə edilmədiyini deyən A. Verdiyev ölkə ərazisində proqnozlaşdırılan yağışlarla əlaqədar olaraq bəzi çaylardan qısamüddətli daşqın və sellərin keçəcəyini istisna etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR