Bank Of Baku

Azərbaycanda magistraturaya qəbul olunanların qeydiyyat müddəti uzadılıb

Azərbaycanda magistraturaya qəbul olunanların qeydiyyat müddəti uzadılıb
# 11 iyul 2012 13:36 (UTC +04:00)
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyulun 11-dək magistraturaya qəbul olanların yalnız 77 faizi qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçib. TQDK bunu nəzərə alaraq qeydiyyat müddətinin iyulun 13-ü saat 17:00-dək uzadılması barədə qərar qəbul edib. Qeyd edək ki, bu müddət iyulun 11-də başa çatırdı.

Beləliklə, magistraturaya qəbul olanlar tələb olunan sənədləri qeyd olunan müddətədək qəbul olunduqları ali təhsil müəssisəsinə təqdim etməklə təhsil alma formasını seçib qeydiyyatdan keçməlidirlər.

TQDK ali təhsil müəssisələrinin rektorlarının nəzərinə bir daha çatdırır ki, “Magistr” jurnalının 2012-ci il 4-cü sayında qarşısında təhsil alma forması “Ə/Q” (əyani/qiyabi) kimi göstərilmiş ixtisaslaşmalara qəbul olunmuş bakalavrlar qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçərkən öz arzuları ilə əyani və ya qiyabi təhsil alma formasını seçə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR