Bank Of Baku

Türkiyənin əmək və sosial müdafiə naziri Azərbaycana gəlir

Türkiyənin əmək və sosial müdafiə naziri Azərbaycana gəlir
# 11 iyul 2012 14:24 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelikin başçılıq etdiyi nümayəndə heyəti bu gün Azərbaycana səfər edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində iyulun 12-də əmək və əhalinin sosial müdafiəsi naziri Fwzuli Ələkbərovla Faruk Çelik arasında görüş keçiriləcək.

Sonra nazirliklər arasında Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın yeddinci iclası keçiriləcək. İclasda Birgə Daimi Komissiyanın 17 may 2010-cu il tarixdə keçirilən 6-cı iclasının Protokolunda təsbit olunmuş vəzifələr və bu vəzifələrlə əlaqədar görülən işlərin nəticələri müzakirə ediləcək. Tərəflər əmək, sosial müdafiə, məşğulluq, əməyin mühafizəsi və təhlükəsizliyi, əməyin təftişi, peşə standartlarının hazırlanması, kadr hazırlığı və beynəlxalq təşkilatlarla əməkdaşlıq barədə fikir mübadiləsi aparacaq.

Sonda iclasın nəticələrinə dair hər iki dövlətin müvafiq qurumları arasında Protokol imzalanması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR