Bank Of Baku

Azərbaycan Dövlət Gömrük Komitəsinin Gömrük Tarix Muzeyi filialının kolleksiyaları Budapeştdə nümayiş etdirilib

Azərbaycan Dövlət Gömrük Komitəsinin Gömrük Tarix Muzeyi filialının kolleksiyaları Budapeştdə nümayiş etdirilib
# 11 iyul 2012 15:10 (UTC +04:00)
Bakı – APA. İyulun 9-da Budapeşt şəhərində Ümumdünya Gömrük Təşkilatının təsis edilməsinin 60-cı il dönümünə həsr olunmuş tədbir keçirilib. Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan Dövlət Gömrük Komitəsinin Gömrük Tarix Muzeyi filialının kolleksiyalarından ibarət sərgi təşkil edilib. Sərgidə nümayiş etdirilən eksponatlar Azərbaycan tarixini, mədəniyyətini, həmçinin Azərbaycan gömrük tarixinin bir sıra səhifələrini əks etdirib.

Tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, “Azerterminalkompleks” TH XİB-in direktoru, general-mayor Qambay Əliyev çıxış edərək sərgi haqqında qonaqlara ətraflı məlumat verib. Sərgi qonaqlar tərəfindən maraqla qarşılanıb.

Sonda Qambay Əliyevlə macar həmkarları arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR