Bank Of Baku

Qənirə Paşayeva Srebrenitsa soyqırımını qınama və qurbanlarını anma tədbirlərində iştirak edib - FOTO

Qənirə Paşayeva Srebrenitsa soyqırımını qınama və qurbanlarını anma tədbirlərində iştirak edib - <font color=red>FOTO</font>
# 12 iyul 2012 09:12 (UTC +04:00)
Bakı-APA. Bosniya və Hersoqovinada səfərdə olan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Srebrenitsa bölgəsində 17-ci ili tamam olan Srebrenitsa soyqırımını qınama və qurbanlarını anma tədbirlərində iştirak edib. APA-nın xəbərinə görə, Bosniya və Hersoqovina dövlətinin rəsmiləri ilə yanaşı, bir sıra ölkələrdən gələn nümayəndə heyətlərinin iştirak etdiyi anma tədbirlərində ilk öncə Soyqırım abidəsinə cələnglər qoyulub və sayğı duruşunda dayanıblar.

Millət vəkili Qənirə Paşayeva soyqırım abidəsinə əklil qoyduqdan sonra Bosniya və Hersoqovina rəsmiləri, şəhid ailələrinin nümayəndələri ilə görüşərək Azərbaycan xalqının dərin kədər və üzüntüsünü çatdırıb.
“Ermənilər tərəfindən soyqırıma məruz qalmış azərbaycanlılar sizi daha yaxşı anlayır”, - deyən millət vəkili onlara Azərbaycan xalqının başsağlığını da çatdırıb və bir daha bu cür cinayətlərin, soyqırımların təkrarlanmamasını dua etdiklərini deyib.

Millət vəkili, həmçinin təxminin 8500 nəfərin qətlə yetirildiyi Srebrenitsa soyqırımı zamanı qətlə yetirilmiş, uzun illər axtarışlardan sonra kimlikləri müəyyən olunmuş 520 nəfərin cənazəsinin Potaçari şəhidliyində təşkil edilən dəfn mərasimində də iştirak edib. Qənirə Paşayeva yaxınlarını itirən ailələrə başsağlığı verib və onların acı və dərdlərini bölüşdüklərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR