Bank Of Baku

SAM-da “Şərqi Avropa-Azərbaycan arasında strateji tərəfdaşlıq və iş birliyi” mövzusunda beynəlxalq elmi seminar keçirilib - FOTO

SAM-da “Şərqi Avropa-Azərbaycan arasında strateji tərəfdaşlıq və iş birliyi” mövzusunda beynəlxalq elmi seminar keçirilib - <font color=red>FOTO</font>
# 12 iyul 2012 09:31 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Strateji Araşdırmalar Mərkəzində (SAM) Şərqi Avropada Təhsil alan Tələbə və Məzunlar İctimai Birliyi tərəfindən “Şərqi Avropa-Azərbaycan arasında strateji tərəfdaşlıq və iş birliyi” mövzusunda beynəlxalq elmi seminar keçirilib. APA-nın məlumatına görə, seminarda SAM rəhbərliyi, bir sıra Şərqi Avropa ölkələrinin ali təhsil müəssisələrinin nümayəndələri, Azərbaycan gənclər təşkilatlarının əməkdaşları iştirak edib.

Tədbirdə çıxış edən SAM-ın direktoru Fərhad Məmmədov Şərqi Avropa və Azərbaycan arasındakı əməkdaşlıqdan danışıb. Region ölkələri ilə Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiyini vurğulayan F. Məmmədov bu əlaqələrin strateji tərəfdaşlığa çevrildiyini bildirib.

Tədbirdə Azərbaycanın regiondakı və beynəlxalq aləmdəki nüfuzundan, xaricdə təmsilçiliyi, diaspor və lobbiçilik fəaliyyəti, bu təşkilatlarda gənclərin təmsilçiliyi və digər məsələlər barədə danışılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR