Bank Of Baku

Bakının seysmik mikrorayonlaşdırılmasına gələn ildən başlanacaq

Bakının seysmik mikrorayonlaşdırılmasına gələn ildən başlanacaq
# 12 iyul 2012 09:34 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Bakının seysmik mikrorayonlaşdırılması üzrə risq xəritəsi”nin yekun variantı gələn ay Yaponiya hökumətinə göndəriləcək”. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli məlumat verib. O bildirib ki, layihənin icrasına 2013-cü ildən başlanacaq, 2015-ci ilə qədər Azərbaycan paytaxtının seysmik mikrorayonlaşdırılması və seysmik riskin qiymətləndirilməsi həyata keçiriləcək: “Bakının bütün rayonlarının ayrılıqda mikroraryonlaşdırılması aparılacaq, paytaxtdakı bütün binalar pasportlaşdırılacaq. Binaların neçənci ildə tikilməsi, neçə mərtəbəli olması, hansı inşaat materiallarından istifadə edilməsi, ərazinin geoloji quruluşu, suyun səviyyəsi, hansı dərinlik qırılmalarının olması, hansı zəlzələ ocaqlarından güclü təsir olanda şəhərin hansı hissəsində güclü dağıntı əmələ gələ bilər, bunlar dəqiqləşdiriləcək. Şəhərin seysmik baxımdan ən zəif nöqtələri də müəyyənləşdiriləcək ki, zəlzələ anında xilasedicilər ilk yardımı ora yönəldə bilsinlər”.

Q. Yetirmişli deyib ki, layihənin icrasında RSXM ilə yanaşı, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, AMEA Geologiya İnstitutu, Şəhərsalma və Arxitektura Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti və yerli rayon icra hakimiyyətləri, “Azərsu” yaxından iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR