Bank Of Baku

Gənclər və İdman Nazirliyinin təşkil etdiyi vətənpərvərlik yay-istirahət düşərgələrində 2200-dək gəncin iştirakı planlaşdırılır - FOTOSESSİYA

Gənclər və İdman Nazirliyinin təşkil etdiyi vətənpərvərlik yay-istirahət düşərgələrində 2200-dək gəncin iştirakı planlaşdırılır - <font color=red>FOTOSESSİYA </font>
# 12 iyul 2012 09:38 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gənclər və İdman Nazirliyi tərəfindən 4 rayonda təşkil edilən “Azərbaycan - doğma diyarımdır” adlı vətənpərvərlik yay-istirahət düşərgələrində 2200-dək gəncin iştirakı planlaşdırılır. Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın APA-ya verdiyi məlumata görə, iyunun 14-dən başlayaraq Quba və İsmayıllı rayonlarında, Şəki və Lənkəran şəhərlərində 14-18 yaşlı gənclər üçün yay düşərgələri fəaliyyətə başlayıb. Düşərgələr əsasən gənclər arasında vətənpərvərlik ruhunun daha da yüksəldilməsi, Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin təbliği, diyarşünaslığın inkişaf etdirilməsi və gənclərin yay istirahətinin, asudə vaxtının səmərəli təşkil edilməsi məqsədi ilə keçirilir.

10 günlük növbələr üzrə keçirilən və iyul ayının sonlarına kimi davam edəcək düşərgələrin proqramına uyğun olaraq gənclər mənalı istirahət etməklə yanaşı, ərazidə yerləşən tarixi-mədəni obyektlərlə də yaxından tanış olur, müxtəlif mövzularda keçirilən mühazirələrdə, idman və stolüstü oyunlar üzrə, eyni zamanda intellektual yarışlarda, diskotekalarda, gəzintilərdə yaxından iştirak edirlər.

Cari ilin avqust ayından isə Qax rayonunda da eyniadlı düşərgələrin təşkil edilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR