Bank Of Baku

Türkiyənin əmək və sosial müdafiə nazirinin Azərbaycana rəsmi səfəri başlayıb - FOTOSESSİYA

Türkiyənin əmək və sosial müdafiə nazirinin Azərbaycana rəsmi səfəri başlayıb -<font color=red> FOTOSESSİYA</font>
# 12 iyul 2012 10:32 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelikin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri başlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində görüşlərə başlanmazdan əvvəl F. Çelik, əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov və hər iki nazirliyin nümayəndələri Fəxri Xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını, eləcə də Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət ediblər.

Sonra türkiyəli qonaqlar nazirlikdə yaradılmış şəraitlə tanış olublar. Videokonfrans zalında nazir Faruk Çeliklə bir sıra bölgələrin sakinləri arasında birbaşa videoəlaqə yaradılıb. Qonaqlar müharibə əlilləri və şəhid ailələri üçün müxtəlif bölgələrdə inşa etdirilən yaşayış evlərinin, sosial cəhətdən həssas əhali qruplarının tibbi və sosial reabilitasiyasına xidmət edəcək yeni sosial obyektlərin maketləri ilə də tanış edilib, bu istiqamətlərdə görülən işlər barədə məlumat alıblar.

Nümayəndə heyəti ilə keçirilən görüşdə nazir Fizuli Ələkbərov ölkələr arasında əlaqələrin bütün istiqamətlərdə yüksək səviyyədə olduğunu deyib. O, əmək və sosial müdafiə sahəsində əməkdaşlığın davam və inkişaf etdirildiyini bildirib.

Daha sonra iki ölkənin nazirlikləri arasında Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın yeddinci iclası keçirilib. İclasda Birgə Daimi Komissiyanın 17 may 2010-cu il tarixdə Ankarada keçirilən altıncı iclasının Protokolunda təsbit olunmuş vəzifələr və bu vəzifələrlə əlaqədar görülən işlərin nəticələri müzakirə edilir. İclasın yekunlarına dair Protokol imzalanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR