Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Türkiyənin əmək və sosial müdafiə naziri ilə görüşüb
13 iyul 2012 07:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Firudin Nəbiyev Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə APA-ya DMX-dən məlumat verilib.
Ölkələr arasında əlaqələrin bütün istiqamətlərdə yüksək səviyyədə olduğunu, eyni zamanda miqrasiya sahəsində əməkdaşlığın da uğurla inkişaf etdirildiyini deyən F. Nəbiyev son illər Azərbaycanda miqrasiya sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib. Bu səfərin əmək miqrasiyası sahəsində əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından önəmli olacağına əminliyini vurğulayıb.
Azərbaycanın iqtisadi inkişafına və hər bir uğuruna sevindiklərini deyən nazir Faruk Çelik isə iki ölkə arasında mövcud əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi üçün ölkəsi tərəfindən bütün səylərin göstəriləcəyini diqqətə çatdırıb.
Görüşdə iki ölkə arasında əmək miqrasiyası sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.

Sosial
Bakıda 3 məktəb direktoru vəzifəsindən azad edilib
15:17
23 may 2024
Müəllimlərin etik davranış Qaydaları təsdiqlənib
15:10
23 may 2024
FHN-in Muğan Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib
15:06
23 may 2024
DİM jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyənlərə müraciət edib
14:52
23 may 2024