Bank Of Baku

Yunanıstanda işsizlik səviyyəsi növbəti tarixi maksimuma çatıb

Yunanıstanda işsizlik səviyyəsi növbəti tarixi maksimuma çatıb
# 13 iyul 2012 08:34 (UTC +04:00)
Bakı – APA-Economics. Yunanıstanda işsizlik səviyyəsi bu ilin aprel ayında yeni rekord səviyyəyə çataraq 22,5% təşkil edib.

APA-Economics”in xəbərinə görə, bu barədə Yunanıstan Statistik Agentliyi (ELSTAT) açıqlama yayıb.

May ayı ilə müqayisədə apreldə işsizlik səviyyəsi 0,5 faiz bəndi artıb. Bu göstərici avrozonanın digər ölkələri ilə müqayisədə iki dəfə artıqdır. May ayında avrozonaya daxil olan 17 ölkə üzrə orta işsizlik səviyyəsi 11,1%, Avropa Birliyinin 27 ölkəsi üzrə 10,3% olub.

Məsələni qəlizləşdirən isə odur ki, Yunanıstanda işsizlik dayanmadan artır. Belə ki, yanvarda işsizlik səviyyəsi 21,3%, fevralda 21,7% təşkil edib. Bu göstəriciyə görə Yunanıstan Avropada yalnız İspaniyadan geri qalır - 24,6%.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR