Bank Of Baku

Azərbaycanda bu il ali məktəblərə ən çox 1-ci ixtisas qrupu üzrə abituriyent sənəd verib

Azərbaycanda bu il ali məktəblərə ən çox 1-ci ixtisas qrupu üzrə abituriyent sənəd verib
# 13 iyul 2012 09:01 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədr müavini Namiq Babayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu ixtisas qrupu üzrə 34 678 abituriyent sənəd verib. İkinci yerdə 3-cü ixtisas qrupu gəlir. Bu qrup üzrə sənəd verən abituriyentlərin sayı isə 31 662 nəfərdir.

2-ci ixtisas qrupu üzrə 23 345, dördüncü ixtisas qrupu üzrə isə 13 828 nəfər sənəd verib.

N. Babayev qeyd edib ki, bu il ali məktəblərə sənəd verən abituriyentlərin ümumi sayı 103 513 nəfərdir. Bu, il ötən illə müqayisədə azdır. Ötən il ali məktəblərə sənəd verənlərin sayı 107 484 nəfər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR