Azərbaycanda bu ildən tələbələr əyani və ya qiyabi təhsil alacaqlarını qəbuldan sonra seçəcəklər
13 iyul 2012 09:48 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycanda ali məktəblərə daxil olan tələbələr üçün yenilik edilib. APA-nın məlumatına görə, TQDK-nın sədr müavini Namiq Babayev bu gün keçirdiyi mətbuat konfransında qeyd edib ki, bundan sonra hər hansı bir ixtisasa daxil olan tələbə hansı təhsil formasında (əyani və ya qiyabi) təhsil alacağını özü seçəcək.
Namiq Babayevin sözlərinə görə, bu il magistraturaya aparılan qəbul imtahanlarında da bu metod tətbiq edilib: “Əvvəllər ali məktəblərdə ixtisaslar təhsil forması üzrə bölünürdü. Bu il isə abituriyentlərə istənilən təhsil formasını seçməkdə sərbəstlik verilib. Müsabiqə ixtisaslar üzrə aparılacaq, hər hansı bir ixtisasa daxil olan tələbə daxil olduğu ali məktəbdə qeydiyyatdan keçərkən əyani və yaxud qiyabi təhsil alacağını özü seçəcək. Bu, çox ciddi yenilikdir”.
Namiq Babayev deyib ki bundan sonra rus və Azərbaycan bölməsində bütün ixtisaslar üzrə müsabiqə birgə aparılacaq. Qeyd edək ki, indiyə kimi birgə müsabiqə ancaq bəzi ixtisaslar üzrə aparılırdı.

Sosial
Sığorta bazarının aktivləri 1,8 mlrd. manatı ötüb
12:48
18 may 2024
Azərbaycanda ötən il qeydə alınan QİÇS xəstələrinin sayı açıqlanıb
11:57
18 may 2024
FHN tərəfindən “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbirlər keçirilib - FOTO
11:27
18 may 2024
Şahdağa 5, Qaxa 2 santimetr qar yağıb - Faktiki hava
11:02
18 may 2024