Bank Of Baku

Azərbaycan ərazisində hava qeyri-sabit keçəcək, temperatur düşəcək

Azərbaycan ərazisində hava qeyri-sabit keçəcək, temperatur düşəcək
# 13 iyul 2012 10:03 (UTC +04:00)
Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 20-25, gündüz 30-35 dərəcə isti olacaq.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 14-də gündüz əsasən yağmursuz keçəcək, lakin axşam və gecə əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.

İyulun 14-də Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, havanın temperaturunun 30-35 dərəcə isti təşkil edəcəyi, lakin 15-də hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, qısamüddətli yağış yağacağı, temperaturun 5-7 düşəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR