Bank Of Baku

Azərbaycan və İran təhsil nazirlərinin görüşü keçirilib

Azərbaycan və İran təhsil nazirlərinin görüşü keçirilib
# 13 iyul 2012 10:29 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycan Təhsil Nazirliyində İranın təhsil naziri Həmidrza Hacıbabayinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. APA-nın məlumatına görə, görüşdə çıxış edən Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib ki, İranla Azərbaycanın təhsil əlaqələrinin qədim tarixi var. İki ölkə arasında təhsil sahəsində bir sıra sənədlərin imzalandığını söyləyən nazir bəyan edib ki, Azərbaycan universitetlərinin verdiyi diplomların İranda tanınması ilə bağlı heç bir problem yoxdur.

M. Mərdanov qeyd edib ki, Azərbaycan və İran təhsil nazirlikləri arasında əsas müzakirə məsələsi ümumtəhsil məktəblərindəki dərsliklərlə bağlıdır: “İki nazirlik arasında müştərək komissiya yaradılmalıdır və bu məsələ geniş müzakirə olunmalıdır. Azərbaycan tərəfi artıq komissiya yaradıb və İrandan cavab gözləyir”.

İranın təhsil naziri H. Hacıbabayi isə deyib ki, iki ölkənin təhsil nazirlikləri arasında müştərək komissiyanın yaradılması mühüm əhəmiyyət kəsb edəcək. O təhsilin bir sıra istiqamətlərində əməkdaşlıq perspektivlərinin olduğunu vurğulayıb. Nazirin sözlərinə görə, iki ölkə arasında dərsliklər sahəsində əməkdaşlıq, orta ixtisas məktəblərinin tələbələrinin, müəllimlərin mübadiləsini həyata keçirmək, birgə tələbə düşərgələri təşkil etmək mümkündür. H. Hacıbabayi M. Mərdanovu İranın təhsil sistemi ilə yaxından tanış olmaq üçün İrana səfərə dəvət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR