Bank Of Baku

Azərbaycanda 2012-2013-cü tədris ili üzrə ali məktəblərin magistraturalarına qəbul planı 83,34 faiz dolub

Azərbaycanda 2012-2013-cü tədris ili üzrə ali məktəblərin magistraturalarına qəbul planı 83,34 faiz dolub
# 13 iyul 2012 11:09 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda 2012-2013-cü tədris ili üzrə ali məktəblərin magistraturalarına qəbul planı 83,34 faiz dolub. Belə ki, ali məktəblərin magistraturalarına qəbul planı 6021 yer olsa da, 5018 nəfər qəbul olub. APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədr müavini Namiq Babayev deyib. Onun sözlərinə görə, Azərbaycan bölməsi üzrə qəbul planı 82,07 faiz, rus bölməsi üzrə isə 94,26 faiz yerinə yetirilib. Azərbaycan bölməsi üzrə ali məktəblərin magistraturalarına 5394 plan yeri olsa da 4427 nəfər, rus bölməsi üzrə 627 plan yerinə 591 nəfər qəbul olub. Dövlət sifarişli 2362 plan yerinə 1871 nəfər qəbul olub, bu isə planın 79,21 faizi deməkdir.

Ali təhsil müəssisələrinin magistraturalarına ən az qəbul faizi Azərbaycan Dəniz Akademiyasında (21,88 faiz), Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında (44,94 faiz) və Qərb Universitetində (48,81 faiz) müşahidə olunub.

Qeyd edək ki, bu il respublikanın 29 ali təhsil müəssisəsinin magistraturalarına qəbul aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR