Bank Of Baku

Azərbaycan sərhədçiləri Keşikçidağ ərazisində sərhədi pozan Gürcüstan vətəndaşlarını saxlayıb

Azərbaycan sərhədçiləri Keşikçidağ ərazisində sərhədi pozan Gürcüstan vətəndaşlarını saxlayıb
# 13 iyul 2012 11:28 (UTC +04:00)
Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

İyulun 10-u saat 18:08 radələrində Keşikçidağ ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində "Ford" markalı, NSM-309 dövlət nömrə nişanlı avtomobildə sərhəd rejimi qaydalarını pozduğuna görə Gürcüstan vətəndaşları Buxaridze Georgi (01.01.1962), Abaladze David (12.06.1969) və Oniani Zaza (19.06.1974) sərhəd naryadı tərəfindən saxlanılıb.

Müvafiq tədbirlər görüldükdən sonra sərhəd rejimi pozucuları Azərbaycan tərəfinin təşəbbüsü ilə həmin gün Gürcüstanın Çitelixidi məntəqəsinin sərhəd nümayəndəliyinə rəsmi qaydada təhvil veriliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR