Bank Of Baku

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclası keçirilib - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclası keçirilib - <font color=red>FOTO</font>
# 13 iyul 2012 12:55 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2012-ci ilin birinci yarısının nəticələri və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov bildirib ki, cari ilin yanvar-iyun aylarında əhalinin pul gəlirləri 2,2%-lik inflyasiya göstəricisini 12 faiz bəndi üstələyərək 14,2% artıb, eyni zamanda 37 mini daimi olmaqla 46 min yeni iş yeri açılıb.

İclasda Nazirlik tərəfindən görülən işlər barədə məlumat verən nazir deyib ki, bu ilin 1 iyul tarixinə respublikada 634 491 nəfəri əhatə edən 142 886 ailənin hər birinə ayda orta hesabla 109,5 manat olmaqla ünvanlı yardım verilir. Ehtiyac meyarının məbləği isə 2006-cı ildəki 30 manatla müqayisədə son 6 ildə təxminən 3 dəfəyə qədər artırılaraq 84 manata çatdırılıb. İndi artıq 27 rayonda vətəndaşlar ünvanlı yardımı almaq üçün alternativ qaydada, yəni poçt və elektron qaydada müraciət etmək imkanına malikdir.

F.Ələkbərovun sözlərinə görə, aztəminatlı ailələrə şəxsi təsərrüfatlarını yaradaraq inkişaf etdirmələri üçün artıq Tovuz, Xaçmaz, Masallı, İsmayıllı, Nizami, Füzuli rayonlarında və Sumqayıt şəhərində Özünədəstək birdəfəlik ünvanlı sosial yardım Proqramı tətbiq olunub. Bu proqram ilk növbədə mərhələli şəkildə bütün cəbhəyanı kəndlərdə, ümumən ölkənin hər bir rayonunda icra olunacaq.

İclasda bildirilib ki, Nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu ilin 6 ayında 13 519 nəfər vətəndaş münasib işlə təmin edilib. Həmin müddətdə 3 526 müəssisədə əmək qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti nəticəsində aşkar olunmuş 8 583 halda qanun pozuntusu ilə bağlı müvafiq tədbirlər həyata keçirilib, 282 026 manat gecikdirilmiş ödəmələrin, o cümlədən 233 697 manat gecikdirilmiş əmək haqqının işçilərə ödənilməsi, qeyri-qanuni işdən azad edilmiş 51 nəfərin əvvəlki işinə bərpa olunması, 960 nəfər işçi ilə əmək müqaviləsinin bağlanılması təmin edilib. Son illərdə əməyin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər nəticəsində istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 128-dən 96-ya, belə hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 53-dən 28-ə enib. Cari ilin yanvar ayında isə işçi hüquqlarının müdafiəsinin təmin olunmasında sosial tərəfdaşların səylərinin əlaqələndirilməsi məqsədilə Təhlükəsiz və Sağlam Əmək Şəraiti üzrə Milli Üçtərəfli Sosial Şura yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR