Bank Of Baku

Türkiyə və Azərbaycan vətəndaşlarının tibbi yardım alması üçün xüsusi imtiyazlı layihələr hazırlanacaq

Türkiyə və Azərbaycan vətəndaşlarının tibbi yardım alması üçün xüsusi imtiyazlı layihələr hazırlanacaq
# 13 iyul 2012 13:08 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şirəliyev görüşdə iki ölkə arasında səhiyyə və tibb elmi sahəsində görülmüş işlərdən danışıb. O, yerli müdavimlərin Türkiyənin qabaqcıl ali təhsil ocaqlarında təhsil almasını, zəngin təcrübə keçməsini və təkmilləşərək ölkəyə tam hazır kadr kimi qayıtmasını yüksək dəyərləndirib. O.Şirəliyev türkiyəli qonaqlara ölkəmizdə tibb və sosial müdafiə sahəsində görülən işlər haqqında məlumat verib. Nazir, bir necə il öncə iki ölkə arasında səhiyyə sahəsində imzalanmış protokolların daha da genişləndirilməsinin tərəfdarı olduğunu bildirib.

F. Çelik deyib ki, hesablamalara görə hazırda Türkiyədə 17 min azərbaycanlı, Azərbaycanda isə 43 min türk vətəndaşı yaşayır. Türkiyəli nazirin fikrincə, bu faktor ölkələrimiz arasında olan əlaqələrin daha da genişlənməsinə və təkmilləşməsinə səbəb olmalıdır. O, hər iki ölkədə yaşayan vətəndaşların yüksək səviyyədə tibbi yardım alması üçün yeni xüsusi protokolların hazırlanması təklif edib. Onun sözlərinə görə, hər iki ölkədə yaşayan vətəndaşların lazımi tibbi yardım alması üçün xüsusi imtiyazlı layihələrin işlənib hazırlanması və tez bir zamanda tətbiqi məqsədəuyğun olar.

Oqtay Şirəliyev belə bir layihənin hazırlanmasını və tətbiqini dəstəklədiyini və bunun çox vacib məsələlərdən biri olduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR