Bank Of Baku

Ombudsmanın nümayəndələri Lənkəran və Yardımlı polis şöbələrinin təcridxanalarına baş çəkiblər

Ombudsmanın nümayəndələri Lənkəran və Yardımlı polis şöbələrinin təcridxanalarına baş çəkiblər
# 13 iyul 2012 14:36 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. Ombudsman Aparatının işgəncələr əleyhinə Milli Preventiv Mexanizmi (MPM) qrupunun və Cəlilabad regional mərkəzinin üzvləri Lənkəran və Yardımlı rayon polis şöbələrinin təcridxanalarına baş çəkiblər. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, qrupun üzvləri müəssisələrdə saxlanma şəraitini və rəftar qaydalarını araşdıraraq saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olublar. Onlar saxlanılan şəxslərlə söhbət edərək onlara hüquqlarını izah ediblər. Saxlanılanlar onlara qarşı rəftardan və şəraitdən narazılıqlaraının olmadıqlarını bildiriblər.

Yardımlı RPŞ-nin təcridxanasında saxlanma şəraiti və sənədləşmə ilə bağlı bəzi nöqsanlar aşkar edilib. Ombudsman bu nöqsanların aradan qaldırılması üçün daxili işlər nazirinə müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR