Bank Of Baku

Ucarda un bahalaşıb

Ucarda un bahalaşıb
# 13 iyul 2012 15:24 (UTC +04:00)
Bakı. Zahid Abışov – APA. Ucarda un bahalaşıb. APA-nın yerli bürosunun məlumatına görə, əvvəllər 50 kq-lıq un kisəsi növündən asılı olaraq 16-17 manata satılırdısa, artıq 4 gündür eyni çəkidə olan un 2 manat bahalaşaraq 18-19 manata satılır.

Ucar rayonunda un satışı ilə məşğul olan mağaza sahibləri qiymətlərin qalxmasının səbəbini topdansatış mərkəzlərində qiymətlərin artması ilə izah edirlər. Bundan əlavə, rayonda kəpəyin qiyməti də 1 manat 20 qəpik artaraq 3 manat olub.

Unun qiymətinin artması çörəyi bahalaşdırmasa da, çəkisinin 30-40 qram azalmasına səbəb olub. Satıcıların sözlərinə görə, rayonda kifayət qədər çörək bişirilsə də, çəkinin nisbətən az olması səbəbindən alıcılar qonşu rayonlardan gətirilmiş çörəyə üstünlük verirlər. Belə ki, Ucarın bəzi çörək dükanlarında qonşu Zərdab rayonundan gətirilmiş çörəklər satılır ki, bu da onun Ucar çörəyinə nisbətən çəkisinin 100-150 qram artıq olması ilə izah edilir.

Ucar Rayon İcra Hakimiyyətindən məsələyə heç bir münasibət bildirilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR