Bank Of Baku

Mürsəl Həmidov: “Qəbul imtahanlarının keçirildiyi bütün ali və orta məktəblərə təcili yardım maşınları göndərilib”

Mürsəl Həmidov: “Qəbul imtahanlarının keçirildiyi bütün ali və orta məktəblərə təcili yardım maşınları göndərilib”
# 14 iyul 2012 07:39 (UTC +04:00)
Bu barədə APA-ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov bildirib. Onun sözlərinə görə, qəbul imtahanları 9 məntəqədə keçirilir və hər məntəqə bir təcili yardım maşını ilə təmin edilib: “Təcili yardım maşınları səhər saat 9-dan məntəqələrdədirlər. İmtahan qabağı valideynlər və abituriyentlər tərəfindən hələlik heç bir müraciət olmayıb. İmtahan bitənədək maşınlar məntəqələrdə olacaq və ehtiyacı olanlara yardım göstəriləcək”.

Qeyd edək ki, bu gün Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanları keçirilir. İmtahan bütün binalarda eyni vaxtda - saat 11.00-da başlayacaq və 3 saat ərzində aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR