Bank Of Baku

Azərbaycan gənclərindən ibarət nümayəndə heyətinin Cənubi Koreya səfəri yekunlaşıb

Azərbaycan gənclərindən ibarət nümayəndə heyətinin Cənubi Koreya səfəri yekunlaşıb
# 14 iyul 2012 09:15 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Gənclər və İdman Nazirliyi və Cənubi Koreya Respublikasının Milli Gənclər Komissiyası arasında gənclər sahəsində əməkdaşlıq haqqında imzalanmış Anlaşma Memorandumuna əsasən 2-11 iyul tarixlərində Azərbaycan gənclərindən ibarət nümayəndə heyətinin Cənubi Koreyaya səfəri baş tutub. APA-nın məlumatına görə, səfər Gənclər və İdman Nazirliyinin dəstəyi ilə gənclərin mübadilə proqramı çərçivəsində reallaşdırılıb.
Nazirliyin rəsmisi Rüstəm Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti tərkibində “İRƏLİ” İctimai Birliyinin İnsan resurslarının idarə olunması üzrə katib Rövşən Camalov da təmsil olunub.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Cənubi Koreyanın Ailə və Gender Bərabərliyi Nazirliyində gənclərin mübadilə proqramının açılışında iştirak ediblər. Eyni zamanda nümayəndə heyəti Azərbaycanın Koreyadakı fövqəladə və səlahiyyətli səfiri Rövşən Cəmşidov ilə görüşüblər.
Səfər zamanı nümayəndə heyəti ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənəsi, musiqisi və s. haqda geniş təqdimat keçirib, tədbir iştirakçılarına Azərbaycanla bağlı maraqlı məlumatlar çatdırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR