Bank Of Baku

Bu ilin 6 ayı ərzində əhali arasında 552 qida zəhərlənməsi hadisəsi baş verib

Bu ilin 6 ayı ərzində əhali arasında 552 qida zəhərlənməsi hadisəsi baş verib
# 14 iyul 2012 10:01 (UTC +04:00)
Bubarədə APA-ya Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) qidalanma bölməsinin müdiri İmran Abdullayev bildirib.O, deyib ki, 198 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 195 nəfərin işdən müvəqqəti kənarlaşdırılması haqqında təqdimat verilib.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 6001, mikrobioloji göstəricilərinə görə 4498, toksikoloji göstəricilərinə görə 1309, radioloji göstəricilərinə görə 114 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 77-də orqanoleptik və fiziki-kimyəvi, 183-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxmalar müəyyən olunub. Şadlıq evlərindən 16261 yaxma nümunəsi, 327 soyuq qəlyanaltı nümunəsi götürülüb. Yaxma nümunələrindən 276-sı, soyuq qəlyanaltı nümunələrindən isə 3-ü normalara cavab verməyib.

6 ayı ərzində əhali arasında 552 qida zəhərlənməsi hadisəsi baş verib, 616 nəfər zərərçəkən olub. Bu dövrdə 11 botulizm hadisəsi baş verib, bundan 16 nəfər zərər çəkib, ölüm hadisələri olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR