Bank Of Baku

Sabah Azərbaycanda qeyri-sabit hava şəraiti olacaq

Sabah Azərbaycanda qeyri-sabit hava şəraiti olacaq
# 15 iyul 2012 14:14 (UTC +04:00)
Bakı-APA. Sabah Bakıda və bölgələrdə qeyri-sabit hava şəraiti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, Bakı və Abşeron yarımadasında gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Hava gündüz dəyişkən buludlu keçəcək. Temperatur gecə 18-21 dərəcə, gündüz isə 25-30 dərəcə isti olacaq.

Bakıda gecə temperatur 19-21, gündüz isə 27-29 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət 75-85 faiz olacaq.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.

Bölgələrdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR