Bank Of Baku

“Gənc Qan Donorları üçün Yay Universiteti, Batumi-2012” layihəsi yekunlaşıb - FOTO

“Gənc Qan Donorları üçün Yay Universiteti, Batumi-2012” layihəsi yekunlaşıb - <font color=red>FOTO</font>
# 16 iyul 2012 06:59 (UTC +04:00)
Bakı-APA. Gürcüstanın Batumi şəhərində keçirilən “Gənc Qan Donorları üçün Yay Universiteti, Batumi-2012” layihəsi yekunlaşıb. APA-nın məlumatına görə, layihədə 30 azərbaycanlı, 30 gürcü gənc iştirak edib. "Qan Donorları Assosiasiyası”, “İRƏLI” İctimai Birliyi və “Marneuli Gənclər Mərkəzi” tərəfindən həyata keçirilən layihənin rəsmi açılışı Gürcüstanın Marneuli şəhərində icra hakimiyyətinin qarşısında açıq havada baş tutub.

Tədbirdə Marneuli Gənclər Mərkəzinin nümayəndəsi Emin Əhmədov, Qan Donorları Assosiasiyasının sədri, layihə rəhbəri Fuad Əsgərov, Marneuli icra hakimiyyətinin başçısı Zaza Dekanoidze, "İRƏLİ" İctimai Birliyinin nümayəndəsi İmam Quliyev, Kvemo Kartli (Borçalı) bölgə qubernatorunun müavini Koba Kobiaşvili, Gürcüstan parlamentinin üzvü Azər Süleymanov, "MƏN" Corporate Branding içraçı direktoru Sahil Balazadə çıxış edərək, iştirakçılara uğurlar arzulayıblar.

İştirakçılara layihə müddətində Qan Donorları Assosasiyasının sədri Fuad Əsgərov, “İRƏLİ” İctimai Birliyinin nümayəndəsi İmam Quliyev, USAİD-in nümayəndəsi Georgi Tsixinaşvili, Marneuli Gənclər Mərkəzinin əməkdaşı Emin Əhmədov tərəfindən şəbəkələşmə, qan donorluğu, ilkin tibbi yardım və digər mövzularda təlim keçirilib.

Layihənin son günü gənclər Batumi şəhər Administrasiyasının qonağı olublar. Eyni zamanda iştirakçılar Batuminin tarixi ərazilərinə ekskursiya edib və Batumi şəhərində keçirilən Gürcüstan Gənclər Festivalında iştirak ediblər.

Layihənin rəsmi bağlanış mərasimi Gürcüstanın paytaxtı Tiflis şəhərində baş tutub və layihə iştirakçılarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki, layihə Gürcüstan Reinteqrasiya Nazirliyi, ARDNŞ-ın (SOCAR) Gürcüstan nümayəndəliyi və Marneuli İcra Hakimiyyətinin dəstəyi ilə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR