Azərbaycan Gənclər Fondu Almaniyada təqdim olunub
Fonddan APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan Respublikası Milli Məclisin üzvləri Ceyhun Osmanlı, İlham Məmmədov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun sektor müdiri Vaqif Seyidbəyov və doktor Qurban Mövsümov iştirak ediblər. Görüş zamanı Almaniyanın aparıcı tibb klinikalarından biri olan Heidelberg Uniklinikasında Azərbaycan-Almaniya münasibətləri, ölkəmizdə gənclər sahəsində həyata keçirilən fəaliyyətlər və tələbələrin xarici ölkələrdə təhsilinin dəstəklənməsi barədə məlumat verilib. Son bir neçə il ərzində yalnız Almaniyada tələbə mübadiləsi xətti ilə 500 nəfərdən çox azərbaycanlı gənc təhsil alıb. Eyni zamanda azərbaycanlı tələbələrin Heidelberg Uniklinikasında təhsil almasının və təcrübə keçməsinin mümkünlüyü müzakirə olunub. Azərbaycan dövləti tərəfindən gənclərə göstərilən diqqət və qayğı mövzusunda aparılan söhbət zamanı Azərbaycan Gənclər Fondunun fəaliyyəti barədə məlumat verilib. Həmsöhbətlərin diqqətinə çatdırılmışdır ki, Gənclər Fondunun imkanlarından nəinki Azərbaycanlı gənclərin, hətta digər ölkələrin, o cümlədən alman gənclərinin istifadə etməsi də mümkündür. Gənclərin Azərbaycanla bağlı hər hansı bir təşəbbüsünün dəstəklənməsinin mümkünlüyü alman alimlərinin nəzərinə çatdırılıb. “Biliyə əsaslanan səhiyyə naminə” Gənc Təbiblərin II Almaniya Forumunun rəsmi açılış mərasimində Mannheim Universitetinin professoru və alman cərrahlar cəmiyyətinin sədri Stefan Post, Heidelberg Klinikasının direktoru professor M.Tsaey, baş həkimi professor M.Beimler və professor N.Morath, həmçinin gənc azərbaycanlı alim Vüqar Yaqublu çıxış edərək qonaqları salamlamış, toplantıya start vermişlər. 150 nəfərdən çox xaricdə tibb sahəsi üzrə təhsil alan azərbaycanlı gəncin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Milli Məclisinin üzvləri Ceyhun Osmanlı, İlham Məmmədov, Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin müşaviri Rizvan Nəbiyev, Azərbaycan Gənclər Fondunun sektor müdiri Vaqif Seyidbəyov çıxış ediblər. Tədbir zamanı Azərbaycan Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov Fondun təqdimatını keçirib, qurumun saytı və gənclərin təşəbbüslərinin dəstəklənməsi üçün qaydalar barədə məlumat verib. Tədbir iki gün ərzində ayrı-ayrı panellər üzrə davam edib.
Sosial
Zaqatala sakinləri sel səbəbindən içməli susuz qalıb - FOTO
“28 May” metrostansiyasında eskalatorlardan biri təmirə dayandırılacaq
Təmirlə əlaqədar Bakı Dairəvi Yolunun bir hissəsi bağlanacaq
Əmək bazarı işçi qrupunun növbəti iclası keçirilib
Xəbər Lenti
DÇ-2026: Fransa yarımfinal mərhələsinə yüksəlib
WSJ: İranın ABŞ bazalarına bəzi zərbələri hədəfə çatıb
Bundestaq Ukraynaya "Taurus" və "Patriot" tədarükü təklifini rədd edib
Zaqatala sakinləri sel səbəbindən içməli susuz qalıb - FOTO
Merz: İsrailin İordan çayının qərb sahilinin ilhaqına yönələn addımları yolverilməzdir
Oman və İran XİN başçıları Hörmüz boğazında sərbəst gəmiçiliyi müzakirə edib
Ukrayna yaxın günlərdə ABŞ-dan "Patriot" sistemi üçün raketlər alacaq
Zelenski: Ukrayna “Freya” adlı strateji əhəmiyyətli layihəyə başlayır
CNN: Pakistan və Qətər İranla ABŞ-ı danışıqlar masasına qaytarmağa çalışır
Ərdoğan: Türkiyə Ukraynada sülh üçün kommunikasiya kanallarını açıq saxlayır
İranın Konarak, Buşehr və Çoqadak şəhərlərində partlayışlar baş verib
Çexiyada 5,5 bal gücündə zəlzələ baş verib
Avropa Liqası: “Qarabağ” İslandiyanın “Vestri” komandasını məğlub edib
Katz: İsrail ordusu İrana qarşı əməliyyatı bərpa etməyə hazırdır
“28 May” metrostansiyasında eskalatorlardan biri təmirə dayandırılacaq
Təmirlə əlaqədar Bakı Dairəvi Yolunun bir hissəsi bağlanacaq
Netanyahu: İsrail ordusu təhlükəsizlik təmin olunana qədər Cənubi Livandan çıxmayacaq
Əraqçi: ABŞ-ın hücumları İslamabad Memorandumunun açıq şəkildə pozulmasıdır
Avropa İttifaqının vahid ordu ideyası siyasi ambisiyalar fonunda dalana dirənib - RƏY
Əmək bazarı işçi qrupunun növbəti iclası keçirilib
Mərakeş millisi Fransaya qarşı oyuna ciddi itki ilə çıxacaq
Azərbaycanla Türkiyə arasında hərbi-texniki əlaqələrin daha da inkişaf etdirilməsi müzakirə olunub
Ağalıda əmək yarmarkasında 80-dən çox vakansiya təqdim edilib
Samvel Karapetyanın ev dustaqlığı daha 2 ay uzadılıb
Katex çayında köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib - VİDEO
Türkiyə və İran XİN rəhbərləri atəşkəsi müzakirə edib
Bakıda kişi arvadını güllələyib - YENİLƏNİB-1
Seyran Ohanyan və digər sabiq məmurların Göyçə gölü sahilindəki qanunsuz tikililəri sökülüb
Azərbaycan və İtaliya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub
Publik hüquqi şəxslərdə mövcud vəzifələr dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılıb
Çində ayaqqabı fabrikində yanğın baş verib, 28 nəfər ölüb - YENİLƏNİB
"Tibb müəssisələrinin akkreditasiyası Qaydası” yeni redaksiyada təsdiqlənib
Qazdan istifadəyə dair yeni qaydalar müəyyənləşib, prosedurlar elektronlaşdırılır
Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması Qaydaları təsdiqlənib
Sahibə Qafarova Pİ-nin konfransında Ermənistanın işğalı nəticəsində ətraf mühitə vurulan ziyandan danışıb
“QHT işi” üzrə təqsirləndirilən daha bir şəxsə hökm oxunub
KİV: Hörmüz boğazından neft tankerlərinin hərəkəti demək olar dayanıb
SEPAH İordaniyadakı Əl-Əzraq aviabazasını 10 ballistik raketlə vurub
NATO-nun Ankara sammiti: Türkiyə alyansın strateji mərkəzi kimi mövqeyini daha da gücləndirir - TƏHLİL
ABŞ qüvvələri son iki gündə İranda 170-dən çox hərbi hədəfə zərbə endirib
Bakıda təmir gedən yollar açıqlanıb
Bakının bəzi ərazilərində qaz təchizatı qısamüddətli dayandırılacaq
MM-də uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunması ilə bağlı ictimai dinləmə keçirilib
Süni intellekt üçün internet Bakcelldən
Tahir Mirkişili: NATO Türkiyənin geostrateji rolunu yalnız bəyanatlarda deyil, praktik addımlarla da qiymətləndirməlidir
Mühasibat və vergi məsləhəti xidməti göstərən şəxslərin inzibati məsuliyyətinə aydınlıq gətirilib
Umud Mirzəyev: Azərbaycan diplomatiyası bu gün əldə etdiyi mövqeyə böyük səy və mübarizə nəticəsində gəlib
Bu ilin ilk yarısında 226,3 mln. manat məbləğində ipoteka krediti verilib
Azərbaycanda rəqəmsal inkişaf üzrə 58 təşəbbüsün icrasına başlanılıb
Prezident Azərbaycandan Gürcüstana elektrik enerjisinin təchizatı və tranziti barədə sazişi təsdiqləyib