Bank Of Baku

Yaponiya hökumətinin dəstəyi ilə Lənkəranda su layihəsinin başaçatma mərasimi keçirilib - FOTO

Yaponiya hökumətinin dəstəyi ilə Lənkəranda su layihəsinin başaçatma mərasimi keçirilib -<font color=red> FOTO</font>
# 16 iyul 2012 09:07 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Lənkəran rayonunun Xarxatan kəndində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində həyata keçirilmiş “İçməli su təchizatının işası” layihəsinin başaçatma mərasimi keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, yerli icra strukturlarının, kənd sakinlərinin iştirak etdikləri tədbiri giriş sözü ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) sədri Asif Əsgərli açaraq, rəhbərlik etdiyi ictimai qurumla Yaponiya səfirliyinin birgə icra etdikləri bu layihənin mahiyyətindən danışib. Onun sözlərinə görə, yerli əhalinin uzun müddətdən bəri içməli suya olan ehtiyacını aradan qaldırmaqdan ötrü kənddə yeni artezian quyuları qazılıb, su anbarı, nasosxana və 2 kilometr uzunluğunda kənddaxili yeni su xətləri çəkilməklə müxtəlif ərazilərdə su krantları quraşdırılıb. Ümumilikdə bu layihəni həyata keçirmək üçün Yaponiya hökumətinin ayırdığı qrant yardımının məbləği 100.493 ABŞ dolları təşkil edib.

Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək Yaponiya-Azərbaycan əlaqələrinindən, hər iki ölkə arasında bütün sahələrdə yaranmış işgüzar və yaxın münasibətlərdən söz açıb.

Yaponiyanın ölkəmizdəki səfiri Şusuke Vatanabe isə çıxışı zamanı Azərbaycanda təhsil, tibb, sosial müdafiə, ətraf mühit və ekologiya sahələrini əhatə edən bu layihələrin ölkə əhalisinin yaşayış səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi daşıdığını bildirərək, bu xeyirxah işlərin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.

Kənd sakinlərindən Mizahid Sultanov və İbrahim Məmmədov əhalini uzun illər narahat edən içməli su probleminin həllinə göstərdiyi köməyə görə Yaponiya hökumətinə minnətdarlıqlarını bildiriblər.

Rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları layihə çərçivəsində görülmüş işlərlə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR