Bank Of Baku

Böyük və Kiçik Qafqazın əksər çaylarında suyun səviyyəsi artıb

Böyük və Kiçik Qafqazın əksər çaylarında suyun səviyyəsi artıb
# 16 iyul 2012 10:53 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. İyulun 15-də və bu gecə səhərədək ölkə ərazisində gözlənilən leysan xarakterli yağışlar nəticəsində Böyük və Kiçik Qafqazın əksər çaylarında suyun səviyyəsi artıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Böyük Qafqazın Qusarçay çayında suyun səviyyəsi 19, Qudiyalçayda 4, Vəlvələçayda 29 santimetr artıb, Kişçaydan və Kürmükçaydan qısamüddətli daşqın keçib. Kiçik Qafqazın Gəncəçay çayında suyun səviyyəsi 11, Gorançayda 120 santimetr artıb və qısamüddətli daşqın baş verib. Qarasuçayın Zərdab məntəqəsində isə suyun səviyyəsi 69 santimetr artıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-180, Kiçik Qafqazın çaylarında 90-140, Lənkəran-Astara bölgəsi çaylarında 120-260 , Naxçıvan Muxtar Respublikası çaylarında isə sululuq ongünlük normanın 150 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 18 santimetr azalma qeydə alınıb. İyulun 15-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 santimetr artım müşahidə olunub. Lakin iyulun 16-da suyun səviyyəsi 3 santimetr azalıb. Son günlər ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, iyulun 13-dən başlayaraq Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 43, Şirvanda 42, Salyanda 30, Bankədə 7, Araz çayının Novruzlu məntəqəsində isə 35 santimetr azalma qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR