Bank Of Baku

Azərbaycanda 1 akademiya, 2 universitet və 2 kollec akkreditasiyadan keçib

Azərbaycanda 1 akademiya, 2 universitet və 2 kollec akkreditasiyadan keçib
# 16 iyul 2012 14:46 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Təhsil Nazirliyi Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Odlar Yurdu Universiteti, Azərbaycan Kooperasiya Universiteti, 2 nömrəli Bakı Baza Tibb Kolleci və Gəncə Musiqi Kollecinin akkreditasiyasını həyata keçirib. Nazirlikdən APA-ya verilən məlumata görə, nazirliyin Akkreditasiya Şurasının bu gün keçirilən iclasında nəticələr müzakirə edilib. İclasında mövcud meyarlar üzrə tələblərə uyğunluğu nəzərə alınaraq, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və Odlar Yurdu Universitetinin fəaliyyəti “yaxşı”, Azərbaycan Kooperasiya Universitetinin və digər iki kollecin fəaliyyəti isə “kafi” qiymətləndirilib. İclasda, həmçinin qeyd olunan təhsil ocaqlarının müvafiq ixtisaslarının akkreditə olunması barədə qərar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR