Bank Of Baku

Bu ilin 6 ayı ərzində ətraf mühiti çirkləndirənlərə qarşı 1343 akt və 460 protokol tərtib edilib

Bu  ilin 6 ayı ərzində ətraf mühiti çirkləndirənlərə qarşı 1343 akt və 460 protokol tərtib edilib
# 17 iyul 2012 08:20 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən bu ilin 6 ayı ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 1343 akt və 460 protokol tərtib olunub. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 583 icrası məcburi olan göstəriş verilib.

Qanun pozuntusuna yol verdikləri üçün hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 444 iş üzrə 2542011.1 manat məbləğində cərimə tətbiq edilib. İdarə və müəssisələrə 2773 iş üzrə 661447.82 manat məbləğində ödəmə tətbiq edilib, ondan 636019.25 manatın ödənilməsi təmin olunub. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilən 103 işdən 24-nə, icra qruplarına göndərilən 263 işdən 137-nə, məhkəmələrə göndərilən 106 işdən 62-nə baxılaraq tədbirlər görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR