Bank Of Baku

Nazirlər Kabineti: Doktorantların təqaüd problemi yeni tədris ili başlayana qədər həll olunacaq

Nazirlər Kabineti: Doktorantların təqaüd problemi yeni tədris ili başlayana qədər həll olunacaq
# 17 iyul 2012 10:26 (UTC +04:00)
Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, hazırda bu məsələyə baxılır. Elmlər doktoru proqramı üzrə doktorantların təqaüd problemi yeni tədris ili başlayana qədər həll olunacaq. Təqaüdün məbləği təsdiq olunmaqla bərabər, doktorantların əvvəlki aylarda ala bilmədikləri təqaüdün verilib-verilməyəcəyinə də aydınlıq gətiriləcək.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elmlər doktoru proqramı üzrə doktoranturada təhsil alanların təqaüdləri ilə bağlı Nazirlər Kabinetinə bu ilin mart ayında müraciət edib. Müraciətdə elmlər doktoru proqramı üzrə qəbul ilk dəfə həyata keçirildiyindən bu proqram üzrə təhsil alanların təqaüdlərinin məbləğinin dəqiqləşdirilməsinə ehtiyac olduğu vurğulanıb. AMEA-nın müraciətində həmçinin elmlər doktoru proqramı üzrə doktoranturada təhsil alanlara 300 manat təqaüd verilməsi təklif edilib. Doktoranturada təhsil bu ilin yanvar ayında başlayıb. Təqaüdün məbləği indiyədək təsdiqlənmədiyindən elmlər doktoru proqramı üzrə təhsil alan doktorantlar bu günə qədər təqaüd ala bilməyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR