Bank Of Baku

“Yol hərəkətinin təhlükəsizliyi” mövzusunda tədbir keçirilib

“Yol hərəkətinin təhlükəsizliyi” mövzusunda  tədbir keçirilib
# 17 iyul 2012 11:23 (UTC +04:00)
Bakı. Etibar Məmmədov-APA. Sürücülərə Təlim İctimai Birliyinin təşkilatçılığı ilə “Yol hərəkətinin təhlükəsizliyi” mövzusunda tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Sürücülərə Təlim İctimai Birliyinin sədri Fazil Məmmədov yol-hərəkəti qaydaları və yol-qəza hadisələrindən danışıb. Onun sözlərinə görə, son vaxtlar yol-qəza hadisələrinin artmasının müxtəlif səbəbləri var. Burada sürücülər və piyadalar böyük məsuliyyət daşıyır: “İnsanların yol-hərəkəti qaydalarından düzgün istifadə etməməsi qəzaların və ölüm hallarının artmasına səbəb olur. Həmçinin, digər səbəb bu sahədə maarifləndirmə və yol mədəniyyətinin aşağı səviyyədə olmasıdır”.

F. Məmmədəv onu da qeyd edib ki, yol qəzalarına səbəb olan amillərdən biri də ictimai nəqliyyatın strukurunun tənzimlənməməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR