Bank Of Baku

“İRƏLİ” Təlim və Karyera Mərkəzinin təşkil etdiyi “Müasir İqtisad Məktəbi” layihəsinin bağlanış mərasimi keçirilib

“İRƏLİ” Təlim və Karyera Mərkəzinin təşkil etdiyi “Müasir İqtisad Məktəbi” layihəsinin bağlanış mərasimi keçirilib
# 17 iyul 2012 12:24 (UTC +04:00)
Bakı-APA. “İRƏLİ” Təlim və Karyera Mərkəzinin təşkil etdiyi “Müasir İqtisad Məktəbi” layihəsinin bağlanış mərasimi keçirilib. APA-nın məlumatına görə, bağlanış mərasimi ilə əlaqədar layihə iştirakçıları İsmayıllı rayonunun Lahıc qəsəbəsinə gəzinti turu təşkil ediblər.

Mərasimdə “İRƏLİ” Təlim Mərkəzinin rəhbəri Nicat Hacızadə və İsmayıllı rayonu Gənclər və İdman İdarəsinin nümayəndəsi iştirak edib. Onlar iştirakçıları layihəni uğurla başa vurduqlarına görə təbrik edib və gənclərin müxtəlif təlimlərdə iştirak edərək maariflənmələrini müsbət qiymətləndiriblər.

2012-ci il yanvar-iyul aylarını əhatə edən layihədə iştirakçılar iqtisadiyyatın müxtəlif sahələri üzrə təlim alıb və bu sahənin mütəxəssisləri ilə görüşüblər. Eyni zamanda iştirakçılar Azərbaycan Sənaye Sığorta ASC-də təcrübə keçmək imkanı əldə ediblər.

Layihənin sonunda iştirakçılara sertifikat təqdim edilib. İsmayıllı rayonunda layihə iştirakçılarına şərait yaradılması və onlara diqqətin ayrılmasına görə İsamyıllı rayonu Gənclər və İdman İdarəsinin rəisi Elçin Nəcəfli təşəkkürnamə ilə təltif edilib.

Daha sonra layihə iştirakçıları Lahıc qəsəbəsinə ekskursiya edib və tarixi-mədəni yerlərlə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR