Bank Of Baku

“Narkotiklərsiz sağlam cəmiyyətə qlobal yanaşma” mövzusunda konfrans keçirilib - FOTO

“Narkotiklərsiz sağlam cəmiyyətə qlobal yanaşma” mövzusunda konfrans keçirilib - <font color=red>FOTO</font>
# 18 iyul 2012 10:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bakıda “Narkotiklərsiz sağlam cəmiyyətə qlobal yanaşma” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirə Azərbaycanın müxtəlif hökumət strukturlarının nümayəndələri, diplomatlar, QHT rəhbərləri qatılıblar.

Tədbirdə çıxış edən Narkotiklərə dair Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev son illər Azərbaycanda narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı həyata keçirilən tədbirlərdən danışıb. O, Azərbaycanın hüquq mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində hər il yüzlərlə kiloqram narkotik maddənin dövriyyədən çıxarılaraq məhv edildiyini bildirib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə parlamentin narkotik vasitələrlə mübarizə sahəsində həmişə aktiv olduğunu və hökumətə dəstək verdiyini vurğulayıb.

BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin beynəlxalq eksperti Platon Nozadze təmsil etdiyi qurumun 2012-ci il Narkotiklərə dair Ümumdünya Hesabatının təqdimatını keçirib.

Konfransda Azərbaycanda 2012-ci il narkotiklərə dair ümumi vəziyyət haqqında Milli Məruzənin və Azərbaycanda ilk dəfə narkotiklər və cinayətkarlığa qarşı mübarizə işlərinə həsr olunmuş internet saytın təqdimatı keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR