Bank Of Baku

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev türkiyəli qonaqlarla görüşüb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev türkiyəli qonaqlarla görüşüb
# 18 iyul 2012 13:45 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev Azərbaycanda səfərdə olan “Türk Eyitim-Sen”in nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, “Eyitim-Sen”in kollektiv danışıqlar üzrə katibi Mehmet Yaşarın rəhbərlik etdiyi heyətlə görüşdə S. Mehbalıyev Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərindən danışıb, o cümlədən iki ölkənin həmkarlar ittifaqları arasında səmimi və işgüzar münasibətlərin mövcud olduğunu vurğulayıb.

S. Mehbalıyev qonaqlara rəhbərlik etdiyi təşkilatın fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. O, belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyini qeyd edib: “Son 20 ildə Türkiyə dövləti və bu ölkənin iş adamları tərəfindən Azərbaycana 7 milyard dolar həsmində sərmayə qoyulub. Azərbaycan da artıq xaricə sərmayə qoyan ölkəyə çevrilir. Bu mənada TANAP layihəsini xatırlatmaq istəyirəm. Fikrimcə, bu layihənin hər iki dövlət və xalqların maraqlarına və onların rifahının yaxşılaşmasına xidmət edəcək”.

Mehmet Yaşar isə Bakıda iki il əvvəl olduğunu, keçən bu müddət ərzində müsbət dəyişikliyin baş verdiyini söyləyib. O, Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın yanında olduqlarını bildirib.

Görüşdə bölgədə həyata keçirilən layihələr, bu proqramlarda Azərbaycan, Türkiyə və eləcə də Gürcüstanın rolu və digər məsələlərdən bəhs edilib.

Sonda qarşılıqlı olaraq hər iki tərəfə xatirə hədiyyələri təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR