Bank Of Baku

Müəllim olmaq istəyənlərin “Şəxsi səhifə”lərinə imtahanların yeri və tarixi haqqında məlumatların göndərilməsinə başlanılıb

Müəllim olmaq istəyənlərin “Şəxsi səhifə”lərinə imtahanların yeri və tarixi haqqında məlumatların göndərilməsinə başlanılıb
# 19 iyul 2012 07:10 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycanda 2012-2013-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə imtahanlarda iştirak edəcək namizədlərin elektron səhifələrinə imtahanların tarixi, vaxtı və keçiriləcəyi yerlə bağlı məlumatların göndərilməsinə başlanılıb. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, ərizəsi təsdiqlənmiş namizədlər kod və parol vasitəsilə “Şəxsi səhifə”yə daxil olaraq müsabiqəyə buraxılması, test imtahanının keçirilmə vaxtı və yeri barədə məlumat əldə edə biləcəklər. Nazirlikdən bildirilib ki, iyulun 23-dən başlayacaq imtahanlarda hər bir namizədə 35 sual təqdim ediləcək. Sualların 25-i uyğun ixtisaslar üzrə ümumtəhsil məktəbləri ucun fənn proqramının məzmununa, 5-i təlim strategiyaları və məktəbdaxili qiymətləndirmə qaydalarına, 5-i isə məntiq və ümumi dünyagörüşünə aid olacaq. Sualların cavablandırılmasına 60 dəqiqə vaxt ayrılacaq. Hər bir düzgün cavab 1 balla qiymətləndiriləcək və düzgün cavabların sayına uyğun bal kompüterin ekranında göstəriləcək.

Qeyd edək ki, bu il müəllimlərin işə qəbulu üzrə elan edilən 3270 vakant yer üçün müsabiqədə 15500 namizəd iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR