Bank Of Baku

Bakıda Xüsusi Amerika Biznes Təcrübə Təlim Proqramı çərçivəsində marketinq üzrə seminar keçirilir

Bakıda Xüsusi Amerika Biznes Təcrübə Təlim Proqramı çərçivəsində marketinq üzrə seminar keçirilir
# 19 iyul 2012 08:25 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Bakıda Xüsusi Amerika Biznes Təcrübə Təlim Proqramı çərçivəsində marketinq üzrə seminar keçirilir. APA-nın məlumatına görə, müasir marketinq, brendinq, marketinq seqmentasiyası, biznes-analizdə marketinqin rolu mövzularının müzakirə olunduğu seminara 25 iştirakçı qatılıb.

Seminarda çıxış edən USAİD-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Maykl Qrin ümidvar olduğunu bildirib ki, seminarda iştirak ölkədə iqtisadi islahatlara dəstəl vermiş olacaq. O, USAİD-in Ümimdünya Ticarət Təşkilatına üzvlüklə əlaqədar Azərbaycanda islahatların keçirilməsi üçün 24 nazirlik və dövlət qurumu ilə aktiv əməkdaşlıq etdiyini deyib. Maykl Qrinin sözlərinə görə, hərdən bu istiqamətdə proses sürətlə gedir. O, dövlət başçısı İlham Əliyevin intellektual mülkiyyət hüquqlarının təminatı haqqında qanunun tətbiqinə dair fərmanını yüksək qiymətləndirib.

Qeyd edək ki, Xüsusi Amerika Biznes Təcrübə Təlim Proqramı (SABİT) Avrasiyanın biznes rəhbərləri üçün ABŞ-ın mütərəqqi biznes təcrübəsi üzrə təlim keçməklə tərəfdaşlıq yaradır və texniki yardım göstərir. 1990-cı illərinin əvvəllərindən Sovet İttifaqı ilə ticarət əlaqələrini təşviq etmək məqsədi ilə fəaliyyətə başlayan bu təlim proqramları ABŞ sənayesi üçün dəyərli ixrac və investisiya imkanları yaratmaqla, bazar iqtisadiyyatı əsasında islahatları dəstəkləmək vasitəsilə Avrasiyanın iqtisadiyyatı və vətəndaş cəmiyyətinin inkişafının birbaşa olaraq dəstəkləyir.

SABİT proqramı Amerika təşkilatlarına keçmiş Sovet respublikalarının hər birini təmsil edən Avrasiyalı tərəfdaş və müştəriləri ilə yeni əlaqələr yaratmaq və mövcud münasibətləri gücləndirməyə yardım edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR