Ekologiya və Təbii Sərvətlər Nazirliyi jurnalistlər arasında keçirdiyi müsabiqənin nəticələrini açıqlanıb – YENİLƏNİB - FOTOSESSİYA
Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev isə qeyd edib ki, Azərbaycan mətbuatının ildönümlərinin qeyd olunması ənənəsi 1995-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub: “Bu tədbirlər təkcə yubiley illərində deyil, ayrı-ayrı illərdə də keçirilir. Son illər Azərbaycanda 22 iyul - Milli Mətbuat Günü çox geniş şəkildə qeyd olunur. 2012-ci ildə milli mətbuatın inkişafı ilə bağlı görülən əsas tədbirlərdən biri ölkə prezidentinin iyunun 4-də verdiyi sərəncamla Bakıda və regionlarda milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin yubiley tədbirlərinin keçirilməsi ilə bağlıdır. Azərbaycan dövləti bundan sonra da peşəkar, müstəqil, plüralist jurnalistikanın inkişafına dəstəyini davam etdirəcək. Belə müsabiqələrin keçirilməsi həm də Azərbaycan dövlətinin jurnalistlərin sosial müdafiəsi sahəsində həyata keçirdiyi tədbirlərə dəstəkdir. Azərbaycanda jurnalistlərin sosial müdafiəsinin təşkili ilə bağlı tədbirlər daha da gücləndirilib”.
V. Əliyev bildirib ki, artıq Azərbaycanda jurnalistlərin mükafatlandırılması xoş ənənəyə çevrilib: “Azərbaycan jurnalistikasında peşəkar jurnalist yazılarının sayı artıb. Arzu edərdim ki, bizdə peşəkar jurnalistlərin sayı daha da artsın".
Müsabiqənin münsiflər heyətinin üzvü, APA Holdinqin baş direktoru Vüsalə Mahirqızı isə bildirib ki, müsabiqəyə kifayət qədər problematik yazılar təqdim olunub: “Biomüxtəliflik və meşələrin qorunması ilə bağlı maraqlı yazılar olub. Yazılardan biri paytaxtın ayaqyolu problemi ilə bağlı idi və bu yazı diqqətimi çəkdi. Xəzər dənizinin problemləri ilə bağlı yazılan yazılar da maraqlı idi. Mən qiymətləndirmə zamanı mövzunun qoyuluşuna və maarifləndirici xüsusiyyətinə, qarşı tərəfin mövqeyinin işıqlandırılmasına, ekspertlərlə işləməyə üstünlük verilməsinə daha çox diqqət yetirdim. Biz ekspertlər kifayət qədər obyektiv olmağa çalışmışıq”.
Vüsalə Mahirqızı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuatla əməkdaşlığını və mediaya ayırdığı diqqəti yüksək qiymətləndirib: “Nazirliyin media ilə əməkdaşlığını gələcəkdə də bu səviyyədə davam etdirməsini arzulayıram’.
Daha sonra nazir Hüseyn Bağırov müsabiqənin nəticələrini açıqlayıb. Mayın 15-də elan olunmuş müsabiqəyə iyulun 2-dək ümumilikdə 55 məqalə və telesüjet təqdim olunub.
Təqdim edilmiş materiallar müsabiqə ilə əlaqədar yaradılmış komissiya tərəfindən şifrələnib və müstəqil ekspertlərin qiymətləndirməsindən sonra müvafiq istiqamətlər üzrə qaliblər müəyyənləşdirilib. Müsabiqənin keçirilməsində əsas məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, təbii sərvətlərdən səmərəli istifadə edilməsi, biomüxtəlifliyin mühafizəsi, təbiətdən davamlı istifadənin təmin olunması və təbliğ edilməsindən ibarətdir.
Ekoloji təhlükəsizliyin təminatı, “Yaşıl” texnologiyanın tətbiqi, Meşələrin artırılması və mühafizəsi və Biomüxtəliflik olmaqla 4 istiqamət üzrə I, II, III yerlərin qalibləri təltif edilib, “İl ərzində ekoloji təbliğat sahəsində ardıcıl fəaliyyətə görə” nominasiyası üzrə diplomlar verilib, həmçinin həvəsləndirici mükafatlar və əlavə olaraq daha 10 nəfərə Ekologiya və Təbii Sərvətlər Naziri adından mükafatlar təqdim olunub. APA-nın əməkdaşı Kəmalə Quliyeva “Ekoloji təhlükəsizliyin təminatı” nominasiyası üzrə I yerin qalibi olub. “Lent.az” İnformasiya Agentliyinin əməkdaşı Ramiz Mikayıloğlu isə il ərzində ekoloji mövzuları yaxşı işıqlandırdığına görə ETSN-nin xüsusi mükafatına layiq görülüb.
Sosial
Zaqatala sakinləri sel səbəbindən içməli susuz qalıb - FOTO
“28 May” metrostansiyasında eskalatorlardan biri təmirə dayandırılacaq
Təmirlə əlaqədar Bakı Dairəvi Yolunun bir hissəsi bağlanacaq
Əmək bazarı işçi qrupunun növbəti iclası keçirilib
Xəbər Lenti
Ayətullah Seyid Əli Xamenei dəfn edilib
Netanyahu Trampla telefon danışığında İsrail sərhədləri boyunca təhlükəsizlik zonalarının saxlanılmasının vacibliyini vurğulayıb
DÇ-2026: Fransa yarımfinal mərhələsinə yüksəlib
WSJ: İranın ABŞ bazalarına bəzi zərbələri hədəfə çatıb
Bundestaq Ukraynaya "Taurus" və "Patriot" tədarükü təklifini rədd edib
Zaqatala sakinləri sel səbəbindən içməli susuz qalıb - FOTO
Merz: İsrailin İordan çayının qərb sahilinin ilhaqına yönələn addımları yolverilməzdir
Oman və İran XİN başçıları Hörmüz boğazında sərbəst gəmiçiliyi müzakirə edib
Ukrayna yaxın günlərdə ABŞ-dan "Patriot" sistemi üçün raketlər alacaq
Zelenski: Ukrayna “Freya” adlı strateji əhəmiyyətli layihəyə başlayır
CNN: Pakistan və Qətər İranla ABŞ-ı danışıqlar masasına qaytarmağa çalışır
Ərdoğan: Türkiyə Ukraynada sülh üçün kommunikasiya kanallarını açıq saxlayır
İranın Konarak, Buşehr və Çoqadak şəhərlərində partlayışlar baş verib
Çexiyada 5,5 bal gücündə zəlzələ baş verib
Avropa Liqası: “Qarabağ” İslandiyanın “Vestri” komandasını məğlub edib
Katz: İsrail ordusu İrana qarşı əməliyyatı bərpa etməyə hazırdır
“28 May” metrostansiyasında eskalatorlardan biri təmirə dayandırılacaq
Təmirlə əlaqədar Bakı Dairəvi Yolunun bir hissəsi bağlanacaq
Netanyahu: İsrail ordusu təhlükəsizlik təmin olunana qədər Cənubi Livandan çıxmayacaq
Əraqçi: ABŞ-ın hücumları İslamabad Memorandumunun açıq şəkildə pozulmasıdır
Avropa İttifaqının vahid ordu ideyası siyasi ambisiyalar fonunda dalana dirənib - RƏY
Əmək bazarı işçi qrupunun növbəti iclası keçirilib
Mərakeş millisi Fransaya qarşı oyuna ciddi itki ilə çıxacaq
Azərbaycanla Türkiyə arasında hərbi-texniki əlaqələrin daha da inkişaf etdirilməsi müzakirə olunub
Ağalıda əmək yarmarkasında 80-dən çox vakansiya təqdim edilib
Samvel Karapetyanın ev dustaqlığı daha 2 ay uzadılıb
Katex çayında köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib - VİDEO
Türkiyə və İran XİN rəhbərləri atəşkəsi müzakirə edib
Bakıda kişi arvadını güllələyib - YENİLƏNİB-1
Seyran Ohanyan və digər sabiq məmurların Göyçə gölü sahilindəki qanunsuz tikililəri sökülüb
Azərbaycan və İtaliya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub
Publik hüquqi şəxslərdə mövcud vəzifələr dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılıb
Çində ayaqqabı fabrikində yanğın baş verib, 28 nəfər ölüb - YENİLƏNİB
"Tibb müəssisələrinin akkreditasiyası Qaydası” yeni redaksiyada təsdiqlənib
Qazdan istifadəyə dair yeni qaydalar müəyyənləşib, prosedurlar elektronlaşdırılır
Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması Qaydaları təsdiqlənib
Sahibə Qafarova Pİ-nin konfransında Ermənistanın işğalı nəticəsində ətraf mühitə vurulan ziyandan danışıb
“QHT işi” üzrə təqsirləndirilən daha bir şəxsə hökm oxunub
KİV: Hörmüz boğazından neft tankerlərinin hərəkəti demək olar dayanıb
SEPAH İordaniyadakı Əl-Əzraq aviabazasını 10 ballistik raketlə vurub
NATO-nun Ankara sammiti: Türkiyə alyansın strateji mərkəzi kimi mövqeyini daha da gücləndirir - TƏHLİL
ABŞ qüvvələri son iki gündə İranda 170-dən çox hərbi hədəfə zərbə endirib
Bakıda təmir gedən yollar açıqlanıb
Bakının bəzi ərazilərində qaz təchizatı qısamüddətli dayandırılacaq
MM-də uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunması ilə bağlı ictimai dinləmə keçirilib
Süni intellekt üçün internet Bakcelldən
Tahir Mirkişili: NATO Türkiyənin geostrateji rolunu yalnız bəyanatlarda deyil, praktik addımlarla da qiymətləndirməlidir
Mühasibat və vergi məsləhəti xidməti göstərən şəxslərin inzibati məsuliyyətinə aydınlıq gətirilib
Umud Mirzəyev: Azərbaycan diplomatiyası bu gün əldə etdiyi mövqeyə böyük səy və mübarizə nəticəsində gəlib
Bu ilin ilk yarısında 226,3 mln. manat məbləğində ipoteka krediti verilib