Bank Of Baku

Azərbaycanda ali məktəblərə I ixtisas qrupu üzrə imtahan keçiriləcək binaların təhlükəsizliyi yoxlanılır

Azərbaycanda ali məktəblərə I ixtisas qrupu üzrə imtahan keçiriləcək binaların təhlükəsizliyi yoxlanılır
# 19 iyul 2012 12:21 (UTC +04:00)
Bu barədə APA-ya TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, imtahan binalarının təhlükəsizliyi yoxlanılır və mühafizəyə götürülür.

I ixtisas qrupunun imtahanları respublikanın 6 şəhərində - Bakıda 37, Naxçıvanda 2, Gəncədə 6, Sumqayıtda 7, Şəkidə 3, Lənkəranda 4 binada keçiriləcək.

Bakıda 21080, Naxçıvanda 1324, Gəncədə 3400, Sumqayıtda 4368, Şəkidə 1653, Lənkəranda isə 1708 abituriyent imtahan verəcək.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR