Bank Of Baku

“Ailə, Qadın, Uşaq məsələlərinin işıqlandırılmasında mətbuatın rolu” mövzusunda konfrans keçirib - FOTOSESSİYA

“Ailə, Qadın, Uşaq məsələlərinin işıqlandırılmasında mətbuatın rolu” mövzusunda konfrans keçirib - <font color=red>FOTOSESSİYA</font>
# 19 iyul 2012 15:18 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. BU gün Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Jurnalist Qadınlar Assosiasiyası “Ailə, Qadın, Uşaq məsələlərinin işıqlandırılmasında mətbuatın rolu” mövzusunda konfrans keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən AQUPDK sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanda milli Mətbuatımızın yaranmasının 137-ci il dönümü qeyd edilir. O, Azərbaycanda ayrı-ayrı sahələr üzrə peşəkar jurnalistlərin yetişdirilməsinin vacib olduğunu deyib. Hicran Hüseynovanın sözlərinə görə, jurnalistlər yazdıqlarına görə məsuliyyət daşımalıdır: “Müasir jurnalist insan taleyinə biganə qalmamalıdır. Nəzərə almalıdır ki, hər bir faktın arxasında canlı bir insan dayanır”. H. Hüseynova jurnalistikanın çətin və şərəfli bir peşə olduğunu deyib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında Azərbaycanın mətbuat tarixindən danışıb. Onun sözlərinə görə, Azərbaycanın ilk mətbu orqanı olan “Əkinçi” qəzeti azərbaycanlı olduğumuzu və milli şüurumuzu formalaşdırıb. Mətbuatın inkişafında qadın jurnalistlərin rolundan danışan Ə. Amaşov bildirib ki, bu sahədə çalışanların 60 faizini qadınlar təşkil edir.

Millət vəkili Qənirə Paşayeva isə deyib ki, jurnalist xalqın səsi, güzgüsüdür və bu baxımdan Milli Mətbuat Günü bütövlükdə Azərbaycan xalqının bayramıdır. Jurnalistikanın çətin peşə olduğunu deyən millət vəkili bildirib ki, bu peşə qadınlar üçün ikiqat çətindir: “Lakin buna baxmayaraq Azərbaycanın jurnalist qadınları üzərilərinə düşən bu məsuliyyətin öhdəsindən lazımınca gələ bilirlər”.

Tədbirdə Azərbaycan Prezidenti yanında KİV-ə Dəstək Fondunun rəhbəri Vüqar Səfərli, millət vəkili Elmira Axundova, Jalə Əliyeva, Gülər Əhmədova mətbuatın cəmiyyətdəki rolundan və missiyasından danışıblar. Tədbirin sonunda isə Azərbaycanın qadın jurnalistləri tərəfindən İranda qanunsuz olaraq həbsdə saxlanılan azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadənin azad olunması üçün beynəlxalq təşkilatlara və İranın hakim dairələrinə müraciət qəbul edilib. BMT və İSESCO rəhbərliyinə, İran prezidentinə və ölkənin ali dini rəhbərinə ünvanlanan müraciətdə bildirilir ki, azərbaycanlı şairlər haqqında dolğun informasiyaların olmaması qadın jurnalistləri narahat edir. Müraciətdə bildirilir ki, şairlərimizin valideynləri və Azərbaycanın İrandakı konsulluğunun nümayəndəsi ilə görüşmələrinə şərait yaradılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR