Bank Of Baku

Vətəndaş müraciətlərinə baxılması sahəsində vəziyyət müzakirə olunub

Vətəndaş müraciətlərinə baxılması sahəsində vəziyyət müzakirə olunub
# 19 iyul 2012 16:17 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Asəf Əliyevin sədrliyi ilə Gəncə, Şirvan və Sumqayıt şəhərlərində zona müşavirələri keçirilib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, müşavirələrdə əhaliyə xidmətin təşkili, vətəndaşların müraciətlərinə baxılması sahəsində vəziyyət, habelə aktiv sosial müdafiə proqramlarının icrası işləri geniş təhlil olunub. Müşavirələrdə bildirilib ki, bəzən yerli strukturların bu və ya digər əməkdaşı tərəfindən da vətəndaşların müraciətinə etinasız münasibət göstərilməsi, onlara müraciətləri ilə bağlı müəyyən izahatlar verilməməsi vətəndaşlarda haqlı narazılıq yaradır. Vəzifəsinin icrasına məsuliyyətsiz yanaşan belə əməkdaşlarla bağlı ciddi cəza tədbirləri görülür və bu tədbirlər davam etdiriləcək. Tədbirlərdə qeyd edilib ki, vətəndaş-məmur əlaqəsinin minimuma endirilməsi üçün sistem xarakterli, institusional xarakter daşıyan islahatlar genişləndirilir. Cari ilin əvvəlindən artıq 27 rayonda icrası davam etdirilən ünvanlı yardım üçün alternativ müraciət mexanizmləri bütün ölkədə tətbiq ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR