Bank Of Baku

Məleykə Abbaszadə: “Bu il magistraturaya qəbul olan şəxslərin 60 faizi qiyabi, 40 faizi əyani təhsil formasını seçib”

Məleykə Abbaszadə: “Bu il magistraturaya qəbul olan şəxslərin 60 faizi qiyabi, 40 faizi əyani təhsil formasını seçib”
# 20 iyul 2012 09:41 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. TQDK sədrinin sözlərinə görə, bu il ilk dəfə olaraq abituriyentlər və bakalavrlar ali məktəblərə daxil olduqdan sonra təhsil formasını (əyani və ya qiyabi) qeydiyyatdan keçən zaman seçə bilərlər.

TQDK sədrinin sözlərinə görə, magistraturaya daxil olan şəxslərin 90 faizi daxil olduqları ali məktəblərdə qeydiyyatdan keçib: “Komissiyaya üzrlü səbəbdən qeydiyyatdan keçə bilməyən şəxslərin müraciətləri daxil olur. 15-ə yaxın belə ərizə var. Hazırda bu ərizələrin araşdırılması aparılır. Magistraturaya qəbul olub qeydiyyatdan keçməyənlərin yerlərinə boş qalan yerlərlə birgə əlavə yerləşdirmə aparılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR