Bank Of Baku

Daxili Qoşunlar imkansız ailələrin uşaqları üçün hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsi təşkil edəcək

Daxili Qoşunlar imkansız ailələrin uşaqları üçün hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsi təşkil edəcək
# 20 iyul 2012 10:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunları Səbail rayon İcra Hakimiyyəti ilə birgə imkansız ailələrin uşaqları üçün hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsi təşkil edəcək. Bu barədə APA-ya Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri Təranə Məmmədova məlumat verib.

T. Məmmədovanın sözlərinə görə, iyulun 31-də başlayacaq yay düşərgəsi 15 gün davam edəcək. Builki tədbirə 200-dən artıq imkansız və kimsəsiz uşaq qatılacaq.

Daxili Qoşunlar və Səbail rayon İcra Hakimiyyəti tərəfindən hərbi-vətənpərvərlik təmayüllü düşərgələrin təşkilinin artıq ənənəyə çevrildiyini deyən T. Məmmədova bildirib ki, Quba rayonunda təşkil edilən bu tədbirdə uşaqlara vətənpərvərlik hissləri aşılanır. İştirakçıların tarixi yerlərə və Daxili Qoşunların hərbi hissəsinə ekskursiyaları təşkil olunur. Düşərgə iştirakçılarının bütün təminat və təchizatı hər iki qurum tərəfindən həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR